İranda son sutkada 3574 yeni yoluxma qeydə alıdı

 İranda son sutkada 3574 yeni yoluxma qeydə alıdı
  04 İyun 2020    Oxunub:2791
İranda son sutka ərzində daha 59 nəfər koronavirusdan vəfat edib, pandemiya qurbanlarının ümumi 8071-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda son sutka ərzində 3574 yeni yoluxma qeydə alınıb və bununla yoluxma sayı 164270 nəfər olub. İndiyədək xəstəlikdən 127485 nəfər sağalıb.

Hazırda 2569 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti