Daşkəsəndə qardaş bacısını qətlə yetirdi

 Daşkəsəndə qardaş bacısını qətlə yetirdi
  04 İyun 2020    Oxunub:3399
Daşkəsən rayonunda qətl hadisəsi baş verib.
Daşkəsən rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Qətl   Daşkəsən  





Xəbər lenti