Biri qadın olmaqla 3 nəfər 17 minlik oğurluq etdi

Biri qadın olmaqla 3 nəfər 17 minlik oğurluq etdi
  04 İyun 2020    Oxunub:2640
Biləsuvar rayonunda oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki anbarların birindən 5 nəfərə məxsus ümumilikdə 17800 manat dəyərində kosmetik və gigiyenik əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini G.Məmmədova, Biləsuvar rayon sakinləri M.Nərimanov və B.Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti