Ermənistanda 450 koronavirus xəstəsinin vəziyyəti ağırdır

 Ermənistanda 450 koronavirus xəstəsinin vəziyyəti ağırdır
  04 İyun 2020    Oxunub:2452
Ermənistanda 60-a yaxın koronavirus xəstəsinin vəziyyəti həddindən artıq ağırdır.
Azvision.az xəbər verir ki, bunu səhiyyə naziri Arsen Torosyan deyib.

"Hazırda koronavirus infeksiyası olan 391 xəstənin vəziyyəti ağır, 59-nun vəziyyəti isə həddindən artıq ağırdır. On beş nəfər süni ağciyər ventilyasiya aparatına qoşulub", - deyə Torosyan bildirib.

Onun sözlərinə görə, istehsal müəssisələrində son vaxtlar yoluxma halları narahatlıq doğurur: "Təcrübə göstərir ki, istehsal kollektivlərində aşkar olunan koronavirus halları sonradan xəstəliyin başlanmasına səbəb olur".

Xatırladaq ki, Ermənistanda koronavirusa yoluxanların sayı 11221 nəfərə yüksəlib, 176 xəstə infeksiyadan ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti