Gömrükçülər külli miqdarda siqaret aşkarladı

Gömrükçülər külli miqdarda siqaret aşkarladı
  04 İyun 2020    Oxunub:2207
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, hər iki fakt idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Türkiyədən gələn “Iveco” markalı avtomobilin salonunda “Leader” markalı 1800 ədəd, Gürcüstandan gələn “Daf” markalı avtomobilin salonunda isə “Marlboro” markalı 9800 ədəd siqaret aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Siqaret  





Xəbər lenti