Almaniyada koronavirusa yoluxma sayı 183 minə çatır

Almaniyada koronavirusa yoluxma sayı 183 minə çatır
  04 İyun 2020    Oxunub:2255
Almaniyada son sutka ərzində daha 394 nəfər koronavirusa yoluxub, 30 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Robert Kox institutu məlumat yayıb.

Bildirilir ki, Almaniyada virusa yoluxanların ümumi sayı 182 764 nəfərdir. Pandemiya qurbanlarının sayı 8581, sağalanlar isə 167 mindən çoxdur.

Ən çox yoluxma Bavariya (47,209), Şimali Reyn-Vestfaliya (38,297) və Baden-Vürttemberg (34,830) bölgələrində qeydə alınıb. Berlində virusa yoluxanların sayı 6901 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti