Türkiyədə koronavirusdan ölüm sayı 4600-ü ötüb

   Türkiyədə koronavirusdan ölüm sayı 4600-ü ötüb
  04 İyun 2020    Oxunub:4567
Türkiyədə son sutka ərzində 24 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 867 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4609, yoluxanlar isə 166 422 nəfərə çatıb.

Türkiyədə indiyədək 130 852 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti