Arif Babayev: “Nəvələrim olmasa, yaşaya bilmərəm”
Bunu Azvision.az a Xalq artisti Arif Babayev karantin günlərindən danışarkən deyib. Hazırda Bakıda olan xanəndə bir müddət sonra yenidən Qax rayonundakı evinə qayıtmağı planlaşdırır.
Bakıya qayıtmağıma səbəb nəvələrimdir. Nəvələrim olmasa, yaşaya bilmərəm. Bir nəticəm də var. Maraqlı oğlandır. Qucağıma alan kimi bığımı dartışdırır. Sinəmdə uzanır, oynayır mənimlə. Qaxda olanda uşaqlardan, nəvələrdən ötrü canımı qoymağa hazır idim. O qədər ürəyim istəyirdi ki, yoldaşıma dedim, mütləq Bakıya gedək. Dedi, ay kişi, bir az gözlə, dedim, yox. Uşaqları gördüm, rahat oldum. Hələ işlərim çoxdur. Bir həftədən sonra qayıdacağam”, - deyə xanəndə bildirib.
Bundan əlavə, Arif Babayev haqqında film çəkildiyini vurğulayıb: “Sənətimə davam edirəm. Yayda dincəlirəm, amma birdəfəlik sənətdən uzaqlaşmaram. Nəfəsim gedib-gəldiyi müddətdə sənətə davam edəcəyəm. Haqqımda dövlət televiziyası film çəkir. Mənə həsr olunmuş mahnı da yazılıb. Tələbəm oxuyacaq”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: ArifBabayev xanəndə