Ermənistanda etirazçılara qarşı əməliyyat - Saxlanılanlar var

Ermənistanda etirazçılara qarşı əməliyyat -  Saxlanılanlar var
  03 İyun 2020    Oxunub:4437
Ermənistan polisi “Meymandar” bazarında xüsusi əməliyyat keçirib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb və bazardan video yayımlayıb.

Əməliyyat nəticəsində saxlanılanlar var və onlar polis bölməsinə aparılıblar.

“Bazar bağlıdır. Gecə xüsusi əməliyyat keçirilib, dünənki hadisələrlə əlaqədar cinayət işi açılıb, saxlanılanlar var”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, bazarın bağlanmasına etiraz olaraq Ermənistanda dünəndən aksiyalar keçirilib. Satıcılar məhsulların xarab olacağını, banklara borcları olduğunu bildiriblər. Onlar, həmçinin əvvəlcədən bu barədə məlumat almadıqlarını deyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti