Məsciddə partlayış olub: Ölən və yaralılar var

  02 İyun 2020    Oxunub : 2715
Məsciddə partlayış olub: Ölən və yaralılar var
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, partlayış məsciddə terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə nəticəsində məscidin imamı ölüb, 3 nəfər xəsarət alıb.

Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Azvision.az

Teqlər: Məscid   Terror