Qaradağda iki yük maşını toqquşub, xəsarət alan var

Qaradağda iki yük maşını toqquşub,   xəsarət alan var
  03 İyun 2020    Oxunub:3772
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda iki “KamAZ ” markalı yük avtomobili toqquşub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti