Avropa İttifaqı Corc Floydun öldürülməsini pislədi
"ABŞ-dakı insanlar kimi biz də Avropada Corc Floydun ölümündən sarsıldıq. Dinc etiraz hüququnu dəstəkləyirik. İstənilən zorakılığa və irqçiliyə qarşıyıq. Əlbəttə, gərginliyin azalmasına çağırırıq", - deyə Borrel bildirib.
Xatırladaq ki, Corc Floydun öldürülməsi ilə bağlı ABŞ-da iğtişaşlarla müşayiət olunan geniş etiraz aksiyaları keçirilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Avropa-İttifaqı