NASA-dan xəbərdarlıq: Yerə asteroid yaxınlaşır

NASA-dan xəbərdarlıq:  Yerə asteroid yaxınlaşır
  02 İyun 2020    Oxunub:3688
“Potensial təhlükə” kateqoriyasına aid 163348 (2002 NN4) adı verilən asteroid iyunun 6-da Yer planetinə yaxınlaşacaq.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

Qeyd olunub ki, diametri 250-570 metr olan səma cismi saniyədə 11,1 kilometr sürətlə planetimizdən 5,1 milyon kilometr məsafədən keçəcək.

Astronomlar tərəfindən indiyədək planetimiz üçün potensial təhlükə törədən və eni bir kilometrdən böyük olan iri asteroidlərin 93 faizi aşkarlanıb. Onların təxminən minə yaxını Günəşdən 195 milyon kilometr məsafədə dövrə vurur.

Azvision.az


Teqlər: NASA  





Xəbər lenti