Qarabağda 54 erməni koronavirusa yoluxub - YENİLƏNİB

Qarabağda 54 erməni koronavirusa yoluxub -  YENİLƏNİB
  03 İyun 2020    Oxunub:6721
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı artıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarabağda daha 8 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusa yoluxanların sayı 54 nəfərə çatıb.

***
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində daha üç nəfər koronavirusa yoluxub.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar Rusiyadan gəliblər və karantində saxlanılıblar.

Qarabağda ümumi yoluxma sayı 46-ya çatıb, 26 xəstə sağalıb. Təcrid olunanların sayı 100 nəfərdir, indiyədək 926 test aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Koronavirus  





Xəbər lenti