Masallıdakı qəza ilə bağlı rəsmi məlumat

Masallıdakı qəza ilə bağlı rəsmi məlumat
  02 İyun 2020    Oxunub:3192
Daxili İşlər Nazirliyi (DİN) Masallıda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 2-də saat 2 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Yardımlı rayon sakini Müşfiq Kərimov idarə etdiyi “Niva” markalı avtomobili körpüdən aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti