Rusiyada koronavirusdan daha 182 nəfər ölüb

  02 İyun 2020    Oxunub : 1921
 Rusiyada koronavirusdan daha 182 nəfər ölüb
Rusiyada son sutka ərzində daha 8863 nəfər yeni növ koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 423 741-ə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gün ərzində virusa yoluxmuş daha 182 xəstə ölüb.

Rusiyada koronavirusdan ölənlərin ümumi sayı 5037 nəfərdir. İndiyə kimi 186 985 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus