Astarada çətənə əkən şəxs saxlanıldı

Astarada çətənə əkən şəxs saxlanıldı
  02 İyun 2020    Oxunub:2706
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəhər sakini Novruzəli Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, N. Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 85 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti