Pandemiya qurbanlarının sayı 377 mini keçdi

 Pandemiya qurbanlarının sayı 377 mini keçdi
  02 İyun 2020    Oxunub:2936
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 371 min 661 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 377 min 552 nəfərdir. İndiyədək 2 milyon 904 min 925 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti