Almaniyada COVID-19-a yoluxma sayı 182 mini ötüb

Almaniyada COVID-19-a yoluxma sayı 182 mini ötüb
  02 İyun 2020    Oxunub:2417
Almaniyada son sutkada 213 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 182 028-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb.

Son sutkada 11 xəstə olmaqla, bu günə kimi 8522 nəfər pandemiyanın qurbanı olub. 166,4 mindən çox insan müalicə alaraq sağalıb.

Ən çox yoluxma Bavariya (47 029), Şimali Reyn-Vestfaliya (38 100) və Baden-Vürttemberqdə (34 796) qeydə alınıb. Berlində yoluxma sayı 6839-dur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti