İsmayıllıda itkin düşən gənc tapıldı

 İsmayıllıda itkin düşən gənc tapıldı
  02 İyun 2020    Oxunub:3791
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.
Azvision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

O.Süleymanov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az




Teqlər: FHN   İsmayıllı   Gənc  





Xəbər lenti