Ötən il Ermənistanın 49 hərbçisi ölüb

  01 İyun 2020    Oxunub : 2585
Ötən il Ermənistanın 49 hərbçisi ölüb
2019-cu ildə Ermənistanda və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 49 erməni hərbçi ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuror Artur Davtyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 49 hərbçidən yalnız 20-nin ölümü xidmətlə əlaqəli olub, 29 halda isə səbəblər fərqlidir.

“2018-ci ildə 63 hərbçi ölüb, onlardan 38-i hərbi xidmətlə əlaqədardır. 2020-ci ildə hərbi prokurorluğun prioritet istiqamətlərindən biri də ordudakı mənfi hallarla mübarizə olacaq. Zabit heyətinin davranışlarında dəyişikliklər etmək lazımdır”, - deyə baş prokuror bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan