Ötən il yol qəzalarında 57 uşaq ölüb

  01 İyun 2020    Oxunub : 2314
   Ötən il yol qəzalarında 57 uşaq ölüb
2019-cu ildə respublika ərazisində baş verən yol qəzalarında 57 uşaq ölüb, 170-i yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a verilən məlumata görə, ölən uşaqlardan 24-ü, yaralananlardan isə 45-i 7 yaşadək, ölənlərdən 33-ü, yaralananlardan 125 nəfər isə 7 yaşdan 16 yaşadək olan uşaqlar olub.

Həlak olmuş uşaqların 23-ü, yaralıların 90-ı piyada, ölənlərin 21-i, yaralıların isə 66-sı sərnişin qismində olublar:

"Yəni, onlar nəqliyyat vasitələrində sərnişin qismində olub, qəza zamanı qoruyucu vasitələr olmadığı üçün həyatlarını itirib və ya xəsarət alıblar. Odur ki, nəqliyyat vasitəsi sahiblərinə və valideynlərə təvsiyə edirik ki, avtomobillərdə azyaşlıları daşıyarkən 12 yaşdan yuxarı uşaqların təhlükəsizlik kəmərindən istifadəsini təmin etsinlər. Aşağı yaş qrupunda olanların isə xüsusi uşaq oturacaqlarında daşınmasına önəm versinlər"-deyə, məlumatda deyilir.

Azvision.az

Teqlər: DİN   DYP