`Baku Fires` `Cuba Domaderos`la görüşür

`Baku Fires` `Cuba Domaderos`la görüşür
  12 Yanvar 2014    Oxunub:1505
Azərbaycanın “Baku Fires” boks komandası Kubanın “Cuba Domaderos” kollektivi ilə qarşılaşır.
AzVision.az xəbər verir ki, Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (SB) Liqasında bu mövsümdə ikinci ev görüşünü keçirir.
Beşinci tur çərçivəsində keçirilən qarşılaşmada komandamızın rəqibi Kubanın güclü “Cuba Domaderos” komandasıdır.

Artıq komandalar arasındakı qarşılaşmada 3 görüş başa çatıb. Gərgin mübarizə şəraitində keçən yarışda boksçumuz Xamza Nametov (49 kq) Yosbani Veitaya, Məhəmməd Qurbanov (56 kq) Robeysi Ramirezə cüzi fərqlə məğlub olmuşlar. 64 kq-da döyüşən boksçumuz Heybətulla Hacəliyev isə rəqibi Yasiner Toledoya heç bir şans verməyərək inamlı qələbə qazanıb.

Hazırda rinqdə 75 kq-da “Baku Fires”i təmsil edən Xaybulla Musalov kubalı Ramon Luislə mübarizə aparır. 91 kq-da isə təmsilçimiz Denis Latipov Erislandi Savonla üz-üzə gələcək.
“Cuba Domaderos” bundan əvvəlki 4 matçın hamısında qalib gələrək “A” qrupunun vahid lideridir. Boksda böyük ənənələri olan Kuba Azərbaycana güclü heyətlə gəlmişdir. Rəqib komandanın heyətində Olimpiya Oyunlarının və dünya çempionatlarının mükafatçıları yer alıblar.


Teqlər:





Xəbər lenti