Şəmkir sakini Bakıda 4 minlik oğurluq etdi

Şəmkir sakini Bakıda 4 minlik oğurluq etdi
  01 İyun 2020    Oxunub:2351
Binəqədi Rayon Polis İdarəsin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 7-dən aprelin 14-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən 1400 manat pul, sənədlər və 500 manat dəyərində dərman preparatları, 3 mağazadan isə 120 manat pul, 2200 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti