Magistraturaya ixtisas seçiminin vaxtı açıqlandı

  01 İyun 2020    Oxunub : 1732
 Magistraturaya ixtisas seçiminin vaxtı açıqlandı
Magistraturaya ixtisas seçimi iyunun 8-dən 18-ə qədər davam edəcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, ixtisas seçimindən əvvəl müəyyən qabiliyyət tələb edən ixtisaslar üzrə cədvəllər dəqiqləşdirilir.

“İyunun 5-ə qədər “Magistr” jurnalı dərc olunacaq və hər bir şəxs istədiyi ali məktəbi seçə biləcək. Qabiliyyət tələb edən ixtisaslar varsa, qeydiyyatdan keçmək lazım olacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: MəleykəAbbaszadə   magistr