Övladlarını ölümlə hədələyən ata tutulub

   Övladlarını ölümlə hədələyən ata tutulub
  01 İyun 2020    Oxunub:2613
Mayın 29-da Şəki şəhər sakinləri olan bacı və qardaş Şəki Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, əvvəllər məhkum olunmuş R.Süleymanovun onları bıçaqla öldürəcəyi ilə hədələməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən R.Süleymanovun yaşadığı evə baxış zamanı 1 ədəd avtoqələm formasında yivsiz silah, 2 ədəd bıçaq, 41 ədəd patron və 15 ədəd giliz aşkar edilib götürülüb.


Azvision.az


Teqlər: DİN   Ata  





Xəbər lenti