Ağsuda 1 ton çətənə kolu yandırılıb

Ağsuda 1 ton çətənə kolu yandırılıb
  01 İyun 2020    Oxunub:2747
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbmehdibəy kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, ümumi çəkisi 1 ton olan 2600 ədəd yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti