Niderlandda 6 minə yaxın şəxs COVID-19-dan öldü

Niderlandda 6 minə yaxın şəxs COVID-19-dan öldü
  01 İyun 2020    Oxunub:2330
Niderlandda 185 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, indiyədək 46 422 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Bundan başqa, ötən gün ərzində COVID-19 testi müsbət çıxan 5 nəfər həyatını itirib. Ümumilikdə koronavirus infeksiyasına yoluxan 5 956 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Niderland  





Xəbər lenti