Qazaxıstanda daha 450 nəfər virusa yoluxdu

Qazaxıstanda daha 450 nəfər virusa yoluxdu
  01 İyun 2020    Oxunub:2164
Qazaxıstanda koronavirusa 450 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların Təminatı üzrə Dövlət Komissiyası yanında Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 11 338-ə çatıb.

Qərargahın məlumatına görə, ölkədə indiyədək 41 nəfər pandemiyanın qurbanı olub, 5404 xəstə sağalıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qazaxıstan   Koronavirus  





Xəbər lenti