Notr-Damın qarşısındakı meydan ziyarətə açıldı

Notr-Damın qarşısındakı meydan ziyarətə açıldı
  31 May 2020    Oxunub:2592
Yanğından sonra bir ildən artıq müddətə bağlı qalan Parisin Notr-Dam kilsəsinin qarşısındakı meydan ziyarətçilər üçün açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Paris meriyası məlumat yayıb.

Qeyd edilib ki, ərazi tamamilə təmizlənib, yenidənqurma işləri aparılaraq ziyarətçilərin ixtiyarına verilib. Təxminən iki ay karantin rejimindən sonra minlərlə şəhər əhalisi parka gəlib.

Notr-Dam kilsəsində yanğın 15 aprel 2019-cu ildə baş verib. Yanğının potensial səbəbləri məlum deyil, kriminal versiyası istisna edilir. Hadisənin söndürülməmiş siqaret və yaxud elektriklə bağlı olması daha real səbəblər arasındadır.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron abidənin 5 il ərzində bərpa olunacağını desə də, mütəxəssislər yenidənqurma işlərinin 10-15 il çəkəcəyini söyləyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Paris  





Xəbər lenti