Corc Floydu öldürən polisdən xanımı üz döndərdi

  31 May 2020    Oxunub : 3409
 Corc Floydu öldürən polisdən xanımı üz döndərdi
ABŞ-da afroamerikalı Corc Floydu boğaraq öldürən polis əməkdaşı Derek Şovenin həyat yoldaşı, “Miss Minnesota” müsabiqəsinin qalibi Kelli Şoven boşanmaq qərarına gəlib.
Azvision.az "NBC News"a istinadən xəbər verir ki, xanım Şovenin 10 illik həyat yoldaşından ayrılmaq istəməsinə səbəb məhz baş vermiş hadisədir.

Onu məhkəmədə təmsil edəcək hüquq firması öz açıqlamasında müvəkkilinin baş verənlərdən dərindən sarsıldığını, əri ilə ayrılmaq qərarına gəldiyini bildirib.

"Xanım Şovenin hazırkı evliliyindən övladı olmasa da, əvvəlki evlilikdən uşaqları və yaşlı valideynləri, digər ailə üzvlərinin hamı üçün bu çətin vaxtlarda gizli yerdə olmasını istəyir", - açıqlamada vurğulanıb.

Kelli Şoven 1974-cü ildə Laosda anadan olub, orada vətəndaş müharibəsi başa çatdıqdan bir müddət sonra, 1977-ci ildə ailəsi Taylanda qaçıb, buradakı qaçqın düşərgəsində qalıblar, sonra Amerikaya köçüblər.

İlk dəfə Kelli 17 yaşında evlənib, iki uşağı var, 10 il evli olduqdan sonra boşanıb və Minnesotaya köçüb. Burada Derek Şovenlə tanış olub və 10 il əvvəl onunla evlənib. İki il əvvəl isə “Miss Minnesota” olub. Cütlük bir neçə gün əvvəl Corc Floydun vəfat etdiyi tibb mərkəzində görüşüblər.

Xatırladaq ki, Derek Şoven polis orqanlarından çıxarılıb və həbs olunub.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Etiraz