Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

  31 May 2020    Oxunub : 2403
Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda son sutka ərzində koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümimi sayı 783 nəfərə çatıb.

Hazırda Gürcüstanda 3031 nəfər karantində saxlanılır, 262 xəstə stasionar şəraitdə müalicə olunur.

Bu günə kimi 605 nəfər sağalıb, 12 xəstə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   Koronavirus   COVID-19