Ukraynada daha 12 nəfər koronavirusdan ölüb

  31 May 2020    Oxunub : 2452
Ukraynada daha 12 nəfər koronavirusdan ölüb
Ukraynada son sutka ərzində 468 nəfər koronavirusa yoluxub, ümumi aşkar edilmiş yoluxma sayı 23 672-dir.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 12 nəfər olmaqla, pandemiya qurbanlarının sayı 708-ə çatıb. Ötən gün 227 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Koronavirus