BƏƏ koronavirusla mübarizədə bir sıra uğurlar qazanıb

  31 May 2020    Oxunub : 2922
BƏƏ koronavirusla mübarizədə bir sıra uğurlar qazanıb
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son olaraq koronavirus infeksiyasına 563 yoluxma faktı qeydə alınıb. Ölkədə virusa yoluxanların ümumi sayı 32532-ə çatıb, mayın 28-dək 16685 nəfər virusdan sağalıb, ölüm sayı isə 258-dir.
Bu barədə Azvision.az -a BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, BƏƏ pandemiya dövründə bir sıra uğurlar qazanıb və nəticə olaraq, bəzi qərarlar qəbul edilib. Belə ki, BƏƏ, 28 may tarixindən etibarən Dubayda idman zallarını, kinoteatrları yenidən açmaq və sərbəst hərəkəti artırmaqla iqtisadi fəaliyyətini bərpa etmək istiqamətində daha bir addım atılıb. Ölkənin ən böyük səhiyyə şəbəkəsinin baş həkiminin sözlərinə görə, artıq bir aydır ki, BƏƏ-nin əlaqə izlənməsi tətbiqi aktivdir və bu tətbiq koronavirusu blok vəziyyətindən daha effektiv idarə edə biləcək.

BƏƏ-də aparılan COVİD–19 genom tədqiqatı ardıcıl nümunələrin aralarından 17-sinin daha əvvəl bildirilmədiyi 70 mutasiya qeydə alıb. Nəticədə ardıcıllıqla bölüşdürülən məlumatlar özündə qlobal açıq mənbəli COVID-19 genom bazası olan Nexstrain-I (alimlərə virusun qlobal səviyyədə yayılmasına nəzarət etməyə kömək edəcək genetik məlumatları istifadə edir) də ehtiva edən müxtəlif məlumat bazalarına ötürülüb.

BƏƏ-də akkreditə olunmuş bir sıra xarici ölkələrin səfirləri, BƏƏ-nin ölkədəki bütün əcnəbi vətəndaşların və qonaqların sağlamlığının, eləcə də təhlükəsizliyinin qorunması, habelə vətənə qayıdanların və dünyanın hər yerində həyat xilas edən yardımın göstərilməsi səylərini əks etdirən videoçarxda iştirak ediblər. İştirakçılar arasında İngiltərə, ABŞ, Almaniya, Filippin, Əfqanıstan, İsveçrə və sairə ölkələr var.

Məlumatda daha sonda deyilir ki, hazırda BƏƏ-də 2 miliyondan artıq test edilib. Bu da hər 4,5 adama bir test deməkdir və beləliklə, BƏƏ dünyada test aparılmasına görə liderdir. Ölkədə hazırlanmış sürətli COVID-19 lazer testi, 85 - 90 faiz dəqiqliyi ilə ümidverici nəticələr göstərir. Effektivliyinin artırılması üçün test hazırda sınaqlardan keçirilir.

Bu müddətdə Abu Dabidə 1200 çarpayılıq daha bir sahə xəstəxanası açılıb. Əsasən işçilər üçün nəzərdə tutulan dörd əlavə sahə xəstəxanası isə yaxın günlərdə istifadəyə veriləcək. "Emirates" aviaşirkəti Dubay beynəlxalq hava limanında və Dubaya uçuşlarda hər sərnişinə pulsuz gigiyena dəstləri təqdim edir. Bu dəstlərdə maskalar, əlcəklər, antibakterial salfetlər və əl təmizləyici maddələr var, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür.

BƏƏ humanitar yardımını və “COVID-19”la mübarizə səylərini də əzmlə davam etdirir. Bu günədək BƏƏ 658 mindən çox tibb mütəxəssisinə dəstək olaraq 57 ölkəyə 658 metrik tondan çox “COVID-19” yardımı göstərib.

Həmçinin, ABŞ-ın Las Veqas şəhərindəki (Nevada ştatı) ən böyük koronavirus müayinə mərkəzlərindən birinə təxminən 20 milyon dollar dəyərində 200 min test dəsti bağışlayıb. Yardım Əbu Dabinin vəliəhd şahzadəsi və BƏƏ Silahlı Qüvvələri Ali Komandanının müavini Şeyx Məhəmməd bin Zayed tərəfindən göndərilib.

Bundan əlavə, BƏƏ Yəmən hökuməti ilə koordinasiyalı şəkildə, ölkənin geri qayıtmaq humanitar səyləri çərçivəsində 100 yəmənlinin vətənlərinə qayıtmasına kömək edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BƏƏ   Pandemiya