Koronavirusdan ölənlərin sayı 371 mini keçdi

  31 May 2020    Oxunub : 2292
   Koronavirusdan ölənlərin sayı 371 mini keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 160 min 299 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 371 min 6 nəfərdir. İndiyədək 2 milyon 738 min 286 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   COVID-19   Dünya