Koronavirusdan ölənlərin sayı 368 mini keçdi

  30 May 2020    Oxunub : 3371
   Koronavirusdan ölənlərin sayı 368 mini keçdi
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 85 min 994 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 368 min 447 nəfərdir. İndiyədək 2 milyon 695 min 860 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya