25 mindən çox Rusiya vətəndaşı ölkəsinə qayıda bilmir

  30 May 2020    Oxunub : 3082
25 mindən çox Rusiya vətəndaşı ölkəsinə qayıda bilmir
25 mindən çox rusiyalı koronavirus pandemiyası səbəbindən ölkəyə qayıda bilmir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə xaricdəki Rusiya vətəndaşlarını vətənə qaytarmaq üçün 10 çarter reysi təşkil olunacaq.

Qeyd edək ki, 27 mart tarixindən Rusiya koronavirus pandemiyası səbəbindən digər ölkələrlə ənənəvi və çarter reyslərini dayandırıb.

Azvision.az

Teqlər: Rusiya   Koronavirus