Hindistanda bir gündə rekord yoluxma

  30 May 2020    Oxunub : 2316
Hindistanda bir gündə rekord yoluxma
Hindistanda son sutka ərzində 7900-dən çox insan koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 173 min 763 nəfərə çatıb. İndiyədək 82 min 369 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı 265 nəfər artaraq 4971-ə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan   virus