Gürcüstanda koronavirusa yoluxma sayı 757 oldu

  30 May 2020    Oxunub : 2356
Gürcüstanda koronavirusa yoluxma sayı 757 oldu
Gürcüstanda koronavirusa yoluxanların sayı 757 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaratdığı rəsmi “StopCoV.ge” saytında məlumat yer alıb.

Bildirilib ki, son sutkada 11 yeni yoluxma qeydə alınıb. Virusdan sağalanların sayı 600, ölənlər isə 12 nəfərdir.

Hazırda Gürcüstanda 2966 nəfər karantində, 250 nəfər stasionar nəzarətdə saxlanılır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan