Sumqayıtda yük maşınları toqquşdu, ölənlər var

  30 May 2020    Oxunub : 3105
  Sumqayıtda yük maşınları toqquşdu,    ölənlər var
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “DAF” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.
Azvision.az FHN-in saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “KamAZ” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza