ABŞ-da etirazçılar 200-dən çox binaya ziyan vurub

  30 May 2020    Oxunub : 2407
ABŞ-da etirazçılar 200-dən çox binaya ziyan vurub
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş vermiş iğtişaşlarda 200-dən çox bina dağıdılıb, yandırılıb və ya talan edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ki, bu barədə Minneapolis şəhərinin yerli qəzeti “Star Tribune” yazıb.

Qəzetin məlumatına görə, yanğın bir neçə binaya ciddi ziyan vurub, bəziləri isə tamamilə yanıb.

Ciddi ziyan dəyən müəssisələr arasında aptek, supermarket, geyim mağazaları, bərbər, camaşırxana, yanacaqdoldurma məntəqəsi, avtomobil təmiri sexi, restoran və alkoqol mağazaları da var.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.

Azvision.az

Teqlər: ABŞ