ABŞ ÜST-lə bütün əlaqələri kəsdi

  29 May 2020    Oxunub : 3066
   ABŞ ÜST-lə bütün əlaqələri kəsdi
ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ÜST rəhbərliyi ABŞ-ın islahatlar həyata keçirmək təklifindən imtina edib. Bu səbəbdən təşkilatla əlaqələrə son qoyulub.

Tramp, həmçinin bəyan edib ki, il ərzində ÜST üçün nəzərdə tutulan 450 milyon dollar həcmində vəsait digər səhiyyə təşkilatlarına yönlədirəcək.

Azvision.az

Teqlər: ABŞ   ÜST