COVID-19: Fransada vəziyyət necədir?

  29 May 2020    Oxunub : 2822
   COVID-19:    Fransada vəziyyət necədir?
Fransada son sutka ərzində daha 52 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 28 min 714-ə çatıb. Koronavirusa yoluxanların ümumi sayı 186 min 835 nəfərdir. Son sutkada 597 yeni yoluxma qeydə alınıb.

Azvision.az

Teqlər: Fransa   Koronavirus   Pandemiya