Daha bir piyada yol qəzasının qurbanı oldu

  29 May 2020    Oxunub : 2586
Daha bir piyada yol qəzasının qurbanı oldu
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Bakı   Qəza   Piyada