Rusiyada daha 232 nəfər pandemiyanın qurbanı oldu

 Rusiyada daha 232 nəfər pandemiyanın qurbanı oldu
  29 May 2020    Oxunub:2310
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 8572 nəfər artaraq 387 623-ə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni yoluxma halları 84 regionda qeydə alınıb.

Bir gün ərzində 232 xəstə vəfat edib, bununla pandemiya qurbanlarının ümumi sayı 4374 nəfərə yüksəlib. İndiyədək 159 257 xəstə sağalaraq evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti