“350 xəstə ağır vəziyyətdədir” - Erməni nazir kömək istədi

  29 May 2020    Oxunub : 2756
 “350 xəstə ağır vəziyyətdədir” -  Erməni nazir kömək istədi
Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirusla bağlı vəziyyətin çox ağır olması səbəbindən həmkarlarına, həkimlərə müraciət edərək, onları virusla mübarizəyə qoşulmağa çağırıb.
Azvision.az xəbər verir ki, o, bu barədə rəsmi “Facebook” səhifəsində paylaşım edib.

“Hörmətli həmkarlar, əziz həkimlər, sizin peşəkar potensialınıza ehtiyac duyuruq, digər həmkarlarınızın köməyinizə ehtiyacı var", - deyə Torosyan yazıb.

Erməni nazir əlavə edib ki, səhiyyə sisteminin ən çox anestezioloq və reanimatoloqlara ehtiyacı var. Onun sözlərinə görə, hazırda 350 xəstə ağır vəziyyətdədir.

Mayın 28-nə olan məlumata görə, Ermənistanda COVID-19-a yoluxma hallarının sayı 8216-ya çatıb. Ötən sutkada 7 kişi və 8 qadın koronavirusdan ölüb. Ölənlərin ən gənci 43, ən yaşlısı 92 yaşında olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Nazir   Koronavirus