Məkkəyə giriş-çıxış qadağası ləğv olunur

  28 May 2020    Oxunub : 3346
Məkkəyə giriş-çıxış qadağası ləğv olunur
Səudiyyə Ərəbistanı hökuməti yeni növ koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri iki mərhələdə yumşaldacaq.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, ilkin mərhələ mayın 31-dən başlayaraq 3 həftə davam edəcək. Bu zaman Məkkəyə giriş-çıxışa və saat 06:00-dan 15:00-a qədər küçəyə çıxmağa icazə veriləcək.

İyunun 21-dən sonra tətbiq olunacaq ikinci mərhələdə isə sakinlər saat 06:00-dan 20:00-a qədər küçəyə çıxa biləcəklər.

Sosial məsafənin qorunmasının çətin olduğu bir çox sahələrdə, o cümlədən, gözəllik salonları və bərbərxanalarla bağlı məhdudiyyətlər qüvvədə qalacaq. Toy və yas mərasimlərində isə 50-dən artıq adamın iştirakına qadağa qoyulub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: SəudiyyəƏrəbistanı