Türkiyədə koronavirusdan ölənlərin sayı 4431-ə çatdı

  27 May 2020    Oxunub : 3554
  Türkiyədə koronavirusdan ölənlərin sayı 4431-ə çatdı
Türkiyədə son sutka ərzində 34 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1035 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4431, yoluxanlar isə 159 min 797 nəfərə çatıb.

İndiyədək 122 min 793 xəstə sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus