Qəbələdə ev yanıb

  27 May 2020    Oxunub : 2173
Qəbələdə ev yanıb
Qəbələ rayonunun Topbağ kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Qəbələ   Yanğın