Şəhid övladı faciəvi şəkildə həlak olub - FOTO

  27 May 2020    Oxunub : 5452
 Şəhid övladı faciəvi şəkildə həlak olub -  FOTO
Ötən gün Sumqayıt şəhəri ərazisində baş vermiş yol qəzasında həlak olan gizir Ceyhun Qafarlı 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olan mayor Mehman Qafarovun övladıdır.
Bu barədə Azvision.az -a mərhumun əmisi Elşən Qafarov məlumat verib.

O bildirib ki, Ceyhun Qafarlı ailənin yeganə övladı olub: "1992-ci ildə anadan olmuşdu. Atası tank alayının komandiri idi. 1993-cü ilin 20 avqustunda 23 yaşında şəhid olub. Ceyhun atasının yolunu davam edirdi. Aprel döyüşlərində iştirak etmişdi. Ötən gün Lənkəranda dəfn etdik. Ceyhun ailə idi, 2 övladı var. Oğlunun adı da Mehmandır".



Qeyd edək ki, ötən gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs həlak olub, 2 nəfər isə ağır xəsarət alıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qəza   Şəhid   Övlad